DÇ-2026-da “MÖCÜZƏ”: Kolumbiya qol vurdu, əlil arabasındakı azarkeşlər AYAĞA QALXDI – VİDEObackend

DÇ-2026-da “MÖCÜZƏ”: Kolumbiya qol vurdu, əlil arabasındakı azarkeşlər AYAĞA QALXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2026-da Kolumbiyanın qolundan sonra əlil arabasında olan azarkeşlər ayağa qalxaraq seviniblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Futbol üzrə 2026-cı il Dünya Çempionatı (DÇ-2026) çərçivəsində keçirilən Kolumbiya – Özbəkistan matçında sosial şəbəkələrdə geniş müzakirə olunan və böyük maraq doğuran qeyri-adi hadisə qeydə alınıb.

Kolumbiya millisinin vurduğu qoldan sonra əlil arabası bölməsində oturan bir neçə “fiziki məhdudiyyətli” azarkeşin qəfildən ayağa qalxaraq qol sevincini qeyd etməsi kameraların obyektivinə tuş gəlib.

Onlar sevinclərindən əlil arabalarından qalxaraq tullanıb-düşməyə başlayıblar.

Sosial şəbəkə istifadəçiləri bu görüntüləri yumorla qarşılayaraq Kolumbiya yığmasının vurduğu qolun “şəfaverici” xüsusiyyətə malik olduğunu qeyd ediblər.

Lakin hadisənin pərdəarxası daha maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, böyük turnirlərdə bəzi sağlam azarkeşlər meydançaya daha yaxın və rahat yerlərdən oyunu izləmək, eləcə də ucuz bilet əldə etmək üçün xüsusi əlil arabası zonalarına bilet alırlar və əlil arabası imitasiyası edirlər.

Görüntülərin yayılmasından sonra stadion mühafizə xidməti və FİFA rəsmiləri saxtakarlıq edən həmin şəxslərin müəyyənləşdirilərək cəzalandırılması üçün araşdırmalara başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az