Dəhşətli qəza: TIR yük avtomobilinə çırpılıb aşdı, ölən varbackend

Dəhşətli qəza: TIR yük avtomobilinə çırpılıb aşdı, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə TIR bordürlərə çırpılaraq qarşı tərəfin yolunda aşıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, hadisə Anadolu şossesində qeydə alınıb.

Magistral yolun Sakaryadan keçən hissəsində yük avtomobili qarşısında hərəkət edən digər yük maşınına çırpılıb. Daha sonra qarşı zolağa çıxan yük maşının aşıb və sürücü həyatını itirib.