Hakerlər ev interneti vasitəsilə rusiyalıların məlumatlarını oğurlamağa başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “РИА Новости” məlumat yayıb.
Dələduzlar ev və korporativ şəbəkələrin sındırılması üçün yeni sxem işləyib hazırlayıblar. Bu sxem “Qosuslugi” portalına, sosial şəbəkələrə və bulud xidmətlərinə daxil olmaq imkanını oğurlamağa şərait yaradır.
Brauzerlər fişinq səhifələri haqqında xəbərdarlıq edə bilər, lakin dələduzlar bunu xarici sertifikatlarla bağlı texniki problem kimi qələmə verir və istifadəçilərə bildirişlərə məhəl qoymamağı təklif edirlər.
Bundan əlavə, Rəqəmsal İnkişaf Nazirliyinin sertifikatı adı altında hakerlər öz kök sertifikatlarını yükləməyi təklif edirlər ki, bu da quraşdırıldıqda bütün sxemi tamamilə qanuniləşdirir.
Saxta saytda loqin, parol və SMS kodunu daxil etdikdən sonra hakerlər birdəfəlik kodların çatdırılma kanalı da daxil olmaqla uçot məlumatlarını dəyişir və onları darknetdə və ya sındırılmış hesablar üzrə “bulud abunəlikləri” çərçivəsində satışa çıxarırlar.
Xuraman Etibarlı
İnterpress.az






