Britaniya hərbi kəşfiyyatı iddia edib ki, Rusiya 2014-cü ildə işğal etdiyi Krımda yerləşən Sevastopol hərbi dəniz bazasında yerləşən donanmasını qorumaq üçün xüsusi təlim keçmiş delfinlərdən istifadə etməyə başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İngilislər bu iddianı peyk görüntülərinə əsaslanaraq irəli sürüblər.
Qeyd edilbi ki, rusların Qara dəniz donanmasını qorumaq üçün bölgədə görmədiyi heç bir tədbir yoxdur. Sevastopol körfəzinin girişində suyun altında dörd pilləli polad məftil hörmə ilə yanaşı, xüsusi təlim keçmiş delfinlər də istifadəyə verilib. Sayları dəqiq müəyyən edilə bilməyən bu delfinlər Ukrayna ordusunun dalğıclarının gəmilərə çatmasının qarşısını almaq vəzifəsini yerinə yetirirlər. Ruslar 2022-ci ilin yayında Sevastopol ətrafında təhlükəsizlik tədbirlərini artırmağa başlayıblar.
Məlumdur ki, Rusiya Sovet İttifaqı dövründən delfinləri dəniz komandoları kimi öyrədir və istifadə edir. Bəzi delfinlərə onlara əlavə edilmiş partlayıcı maddəni düşmən gəmisinə çatdırmaq, digər qrupa isə sualtı dalğıcları aşkar etmək və məhv etmək üçün təlim verilmişdi. Üçüncü tip delfinlər sualtı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemi kimi xidmət edir.