Ermənistanın ərazilərin idarə olunması və infrastuktur naziri Qnel Sanosyan açıqlama ilə çıxış edib.
o, delimitasiya və demarkasiya prosesinin qaçınılmaz olduğunu diqqətə çatdırıb.
“Sərhədlərin delimitasiyası və demarkasiyası vacib, həm də qaçınılmaz prosesdir. Sərhədlərin dəqiqləşdirilməsi və ölkənin sakit inkişafını təmin etməliyik”.
Nazir delimitasiya və demarkasiya üçün seçiləcək xəritə barədə də danışıb.
“Əgər sərhədlərin müəyyənləşdirilməsi ötən əsrin 20-ci illərinin xəritəsi ilə aparılsa, Ermənistan bundan yalnız qazanacaq. Amma həmin xəritələrin əsas götürülüb-götürülməyəcəyi sual altındadır”.