Dənizə getmək üçün son iki gün – VİDEObackend

Dənizə getmək üçün son iki gün – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəniz mövsümünun bitməsinə artıq sayılı günlər qalıb.

Havaların isti keçməsindən istifadə edən vətəndaşlar son günlərdən də yararlanmağa çalışırlar.

 İnterpress.az xəbər verir ki, ASAN xidmətin baş məsləhətçisi Nicat Abbaszadənin sözlərinə görə, rayonlara gediş-gəlişin açılması dənizə üz tutanların sayına da təsir edib:

“Bu günlərdə gələnlərin sayında bir qədər azalma var. Bu da yəqin insanların rayonlara üz tutması ilə əlaqədardır”.

Artıq mövsümün bitməsinə son iki gün qalıb. Sentyabr ayının 15-də FHN həm KİV, həm də sosial şəbəkələr vasitəsilə mövsümün bitməsi ilə bağlı xəbərdarlıq edəcək.

İnterpress.az