BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsindən istifadə edərək Ermənistandan ölkəyə gələn çayların zəhərlənməsi məsələsinə diqqət cəlb edilməlidir.
İnterpress.az xəbər verir ki, bunu deputat Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatları ilə bağlı problem var: “Azərbaycanı səhra kimi düşünməliyik. Səhrada bu gün kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni texnologiyalar tətbiq edilir, biz də buna keçməliyik. Suvarma ilə bağlı da çox böyük problemimiz var. Biz düşünməliyik ki, hansı istiqamətdə inkişaf edək. Biz su ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə görə itiririk. Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməliyik”.