Deputat: “Kişinin cəmi iki övladı varsa, artıq o, bədbəxt insandır”backend

Deputat: “Kişinin cəmi iki övladı varsa, artıq o, bədbəxt insandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kişinin cəmi iki övladı varsa, artıq o, bədbəxt insandır”.

interpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonov deyib.

Milonov bildirib ki, yalnız hərbi xidmət və uşaqların olması kişiləri “tam hüquqlu” edir.

“Bir qadının ən yaxçısı ikidən çox övladı olmalıdır. Əks təqdirdə, o adam bədbəxt olacaq”,  – rəsmi qeyd edib.

Milonov daha sonra əlavə edib:

Normal kişi çoxlu uşaq sahibi olmalıdır. Yalnız bundan sonra özünü tam bir insan kimi hiss edə bilər. Kişini hərbi xidmət və uşaqlar əsl kişi edir”.

Xuraman Etibarlı

İnterpress.az