Deputat Təhsil Nazirliyini tənqid etdi: “Onların işi təkcə…“backend

Deputat Təhsil Nazirliyini tənqid etdi: “Onların işi təkcə…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlar xarici ölkələrin universitetlərinə imtahan vermədən tələbə olurlar. Bu zaman onların orada necə oxumaqları ilə bağlı çoxlu suallar yaranır”.

bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı çıxışı zamanı deyib:

“Valideyn onların oxuması üçün təhsil haqqını burdan göndərir. Həmin universitetlər üçün vətəndaş, Azərbaycan ailəsi az qala sponsora çevrilir. Geri qayıtdıqları zaman isə Təhsil Nazirliyi, dövlətimiz və bəlli qurumlar problemlə üzləşir. Bu gün Təhsil Nazirliyini məhkəməyə verən nə qədər vətəndaşlar var. Həmin vətəndaşlar məhkəmələrə üz tuturlar və bəlli bir gərginlik yaranır. Bunun qarşısını necə ala bilərik?! Axı Təhsil Nazirliyinin işi təkcə diplomların tanınması ilə deyil. Qərb ölkələrində olan təhsilə nəzər salmalıyıq, qəbulu asanlaşdırmalıyıq. Hansı vətəndaşımız təhsil almaq istəyirsə buyurub gəlsin. Universitet qapıları onun üzünə açıqdır. Təhsil hamı üçün bərabərdir. Amma təhsili xeyli dərəcədə sərtləşdirməliyik, şəffaflaşdırmalıyıq, ciddiləşdirməliyik”.