Yaşayış məntəqələrinə daxil olan ayıların vurulmasına icazə verilməsi təklif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Qriqoryev TASS-a bildirib.
Deputatın sözlərinə görə, yaşayış məntəqələrinə daxil olan ayıların sakinlər tərəfindən vurulmasına imkan yaradılmalıdır.
O, hazırda hətta ayının evə daxil olduğu halda silahdan istifadə edilməsinin qadağan olunduğunu və bunun “paradoksal və təhlükəli vəziyyət” yaratdığını deyib.
Qriqoryev yırtıcıların sayının kəskin artmasının onların insanlarla daha tez-tez qarşılaşmasına səbəb olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az






