“Deputatın statusu haqqında” qanun DƏYİŞDİRİLƏ BİLƏRbackend

“Deputatın statusu haqqında” qanun DƏYİŞDİRİLƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisin deputatının statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

 

layihəyə əsasən deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşir.

 

Belə ki, deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələbləri pozan şəxslər Mülki, İnzibati və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar. Qeyd edək ki, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Deputatın icbari sığortası ilə bağlı mübahisələrə inzibati və məhkəmə qaydasında həll edilir.

 

Layihə təklif edilən dəyişiklik parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.