Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivindən möhtəşəm addım.
DiasporPress xəbər verir ki, Ukraynada Azərbaycan diaspor rəhbəri Oleq Krapivin bu gün “YAŞAT” Fonduna 10.000 dollar köçürüb.
Əslən şamaxılı olan Krapivin uzun illərdir Kiyevdə yaşayır. Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri və Ukrayna Azərbaycanlıları Radasının həmsədridir.
Kiyevdə Azərbaycanı tanıdan və təbliğ edən Oleq Krapivin Vətən müharibəsi zamanı da Silahlı Qüvvələrə dəstək Fonduna 20.000 dollar yardım edib.