DİM sədri: “Rus bölməsi üzrə plan yerlərinə qəbul zamanı bənzər vəziyyəti gözləyirik”backend

DİM sədri: “Rus bölməsi üzrə plan yerlərinə qəbul zamanı bənzər vəziyyəti gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1 102, birgə müsabiqəyə isə 2 090 plan yeri ayrılıb.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupları üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, Azərbaycan bölməsinə imtahan verən və yüksək bal toplayan abituriyentlərin sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin böyük əksəriyyəti Azərbaycan bölməsinin payına düşür:

“Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında kəskin fərq olub. Belə ki, bölmələr arasında ixtisaslar üzrə bal fərqi 100-150 bal olub. Bu il də rus bölməsi üzrə plan yerlərinə qəbul zamanı bənzər vəziyyəti gözləyirik. Amma birgə müsabiqədə bu belə olmayacaq”.

İnterpress.az