DİN-dən AÇIQLAMA: 14 yaşlı qıza nişan mərasimi keçirildi, toy da planlaşdırılırbackend

DİN-dən AÇIQLAMA: 14 yaşlı qıza nişan mərasimi keçirildi, toy da planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2021-ci ilin iyul ayında 14 yaşında qıza nişan mərasimi keçirilib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, hadisə Salyan rayonu Şorsulu kəndində baş verib.

Belə ki, V.İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinif şagirdinə ailəsi tərəfindən nişan mərasimi keçirilib və o təhsildən uzaqlaşdırılıb.

Qeyd edilib ki, 14 yaşlı qızın gələn ilin ilk aylarında toyu nəzərdə tutulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, iddialar nəzarətə götürülüb:

“Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün müvafiq tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub, dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.