Magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərində su olmayacaq.
İnterpress.az xəbər verir ki, bununla bağlı “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.