DİQQƏT: Yaxın zamanda güzəştli mənzillərin satışına başlanılacaq – VİDEObackend

DİQQƏT: Yaxın zamanda güzəştli mənzillərin satışına başlanılacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcək.

Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir.

Bu binalarda ümumilikdə 986 mənzil var. Bunlardan 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.