Dmitri Peskov: “Dövlət Dumasına seçkilərin təxirə salınması müzakirə mövzusu deyil”backend

Dmitri Peskov: “Dövlət Dumasına seçkilərin təxirə salınması müzakirə mövzusu deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti qarşıdan gələn Dövlət Duması seçkilərinə hazırlaşır və heç bir təxirəsalma müzakirə olunmur.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya rəhbərliyinin Dövlət Dumasına (parlamentə) keçiriləcək növbəti seçkilərə hazırlaşdığını və seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı müzakirənin aparılmadığını bəyan edib.

O vurğulayıb ki, seçki prosesi qanunla müəyyən edilmiş qaydada və vaxtda həyata keçiriləcək, dövlət orqanları isə hazırlıq tədbirlərini planlaşdırılmış qrafik üzrə davam etdirirlər.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına növbəti seçkilərin 2026-cı ilin sentyabr ayında keçirilməsi planlaşdırılır. Son vaxtlar daxili və xarici siyasi proseslər fonunda seçkilərin təxirə salına biləcəyinə dair müxtəlif şayiələr yayılsa da, Peskovun bu bəyanatı həmin iddialara son qoyub.

Mərkəzi Seçki Komissiyası da hazırlıq işlərinin rəsmi olaraq başlandığını və seçki təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Alternativ başlıqlar: