Dmitri Peskov sülh danışıqlarının tezliklə bərpasını İSTİSNA ETDİbackend

Dmitri Peskov sülh danışıqlarının tezliklə bərpasını İSTİSNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peskov bildirib ki, Ukrayna üzrə sülh danışıqlarının tezliklə bərpası üçün hələlik heç bir perspektiv yoxdur.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı sülh danışıqlarının tezliklə bərpa olunması üçün hələlik hər hansı bir perspektivin olmadığını bəyan edib.

Kremlin rəsmi nümayəndəsi bu barədə jurnalistlərin suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, mövcud siyasi şəraitdə tərəflər arasında danışıqlar masasına qayıtmaq üçün lazımi zəmin və əlverişli şərait hələ ki formalaşmayıb.

Rusiya rəsmiləri daha əvvəl də sülh danışıqlarının başlanması üçün Kiyev və onun Qərb tərəfdaşları tərəfindən real addımların atılmasının, həmçinin yaranmış yeni geosiyasi reallıqların qəbul edilməsinin vacibliyini vurğulayıblar.

Xuraman Etibarlı

İnterpress.аz