Dördulduzlu oteldə kütləvi zəhərlənmə BAŞ VERDİbackend

Dördulduzlu oteldə kütləvi zəhərlənmə BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva yaxınlığındakı dördulduzlu “Solneçnıy park” otelində kütləvi zəhərlənmə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Üç gün iki gecə dincəlməyə gələn iki qız oteldə qaldıqları qısa müddətə 44 min rubla (təxm. 821 man) başa gəlib.

Qeydiyyatdan bir müddət sonra, hovuzda üzgüçülük və şam yeməyindən sonra iki rəfiqədə dəhşətli zəhərlənmə baş verib.

Onların hərarəti 40-dan yuxarı olub və şiddətli intoksikasiya yaranıb.

Onlardan biri hətta xəstəxanaya yerləşdirilib və orada 5 gün sistem altında qalıb. Onların sözlərinə görə, bu, avqustun sonu – sentyabrın əvvəlində onlardan əvvəl daha bir neçə nəfərin zəhərləndiyi yeganə hal deyil.

İstirahətçilər kütləvi zəhərlənmənin səbəbinin keyfiyyətsiz bufet yeməkləri və ya çəlləklərdən tökülən ucuz spirt olduğunu irəli sürüblər.

Xuraman Etibarlı

İnterpress.az