Dreykin keçmiş sevgilisi və oğlunun anası Sofi Brüsso türkiyəli idmançı ilə EVLƏNDİ – FOTObackend

Dreykin keçmiş sevgilisi və oğlunun anası Sofi Brüsso türkiyəli idmançı ilə EVLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dreykin oğlunun anası Sofi Brüsso 26 yaşlı türk idmançı Efe Çalışkan ilə ailə qurub.

İnterpress.az xəbər verir ki, bu barədə “TMZ” portalı məlumat yayıb.

Məşhur kanadalı repçi Dreykin (Drake) oğlu Adonisin anası, 36 yaşlı fransız rəssam Sofi Brüsso ailə həyatı qurub. O, 26 yaşlı türkiyəli idmançı, “Muay Tay” (tay boks) döyüşçüsü Efe Çalışkan ilə rəsmən nikaha daxil olub.

Cütlüyün toy mərasimi iyunun 24-də yaxın dostların və ailə üzvlərinin iştirakı ilə baş tutub.

Sofi Brüsso keçmişdə model və yetkinlər üçün filmlərin aktrisası kimi fəaliyyət göstərsə də, sonradan fəaliyyət sahəsini tamamilə dəyişərək peşəkar rəssamlığa başlayıb və yağlı boya ilə rəsmlər çəkir.

O, uzun müddət Fransada yaşayıb, Dreykdən olan oğlu Adonisi böyüdüb və mətbuatın diqqətindən uzaq durmağa üstünlük verib.

Onun Dreyk ilə münasibətləri 2017-2018-ci illərdə, repçinin mahnılarından sonra rəsmən təsdiqlənmişdi. Hazırda Brüsso müxtəlif xeyriyyəçilik və incəsənət layihələri ilə fəal məşğul olur.

Yeni həyat yoldaşı Efe Çalışkan isə Türkiyəni beynəlxalq arenalarda təmsil edən tanınmış idmançıdır.

Xuraman Etibarlı

İnterpress.az