Dubay şeyxi əlaçı məzunlara 100 min dirhəm pul mükafatı VERDİ – FOTObackend

Dubay şeyxi əlaçı məzunlara 100 min dirhəm pul mükafatı VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ-də məktəblərin ən yaxşı məzunlarına 100 min dirhəm pul hədiyyə edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) orta məktəbləri ən yüksək göstəricilərlə başa vuran fərqlənən məzunlara böyük məbləğdə pul mükafatı təqdim edilib.

Hər bir əlaçı şagirdə 100 min dirhəm (təxminən 46 300 manat) hədiyyə olunub.

Dubayın hakimi şeyx Məhəmməd bin Rəşid Əl Məktum fərqlənən gəncləri şəxsən qəbul edərək mükafatlandırıb.

O, şagirdləri qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onların hər birinə öz adından şəxsi məktub təqdim edib.

BƏƏ hökuməti bu növ addımlarla təhsil alan gəncləri gələcəkdə daha böyük elmi uğurlara həvəsləndirməyi və ölkənin inkişafı üçün savadlı kadr potensialı yetişdirməyi hədəfləyir.

Xuraman Etibarlı

İnterpress.аz