Dünya əhalisinin 3,6 faizi doğulduğu ölkədən kənarda yaşayırbackend

Dünya əhalisinin 3,6 faizi doğulduğu ölkədən kənarda yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatına görə, dünya əhalisinin təxminən 3,6 faizi doğulduğu ölkədən və ya regiondan kənarda yaşamalı olur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bəşər tarixinin dəyişməz problemlərindən biri olan miqrasiya fenomeni müxtəlif səbəblər üzündən qlobal hadisə olmaqla yanaşı, beynəlxalq qurumların və milli dövlətlərin həll edə bilmədiyi, dünyanın hər yerində hiss olunan böyük problemə çevrilib.

Müharibələr, dondurulmuş münaqişələr, gəlir bərabərsizliyi və yanlış idarəçilik kimi miqrasiyanın məlum səbəblərinə qlobal istiləşmə və ekoloji fəlakətlərin də əlavə olunması ilə coğrafiyasını tərk etmək məcburiyyətində qalan insanların sayı görünməmiş səviyyəyə çatıb.

İmmiqrantlar, qaçqınlar və ya sığınacaq axtaranlar tez-tez ayrı-seçkiliyə, marginallaşdırıcı və bəzən irqçi rəftarlara, habelə tanımadığı bir coğrafiyaya köçmək məcburiyyətində qaldıqları problemlərə məruz qalırlar.

281 milyon immiqrant

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ötən il paylaşdığı məlumatlara görə, 2020-ci ildə təxminən 281 milyon insan və ya dünya əhalisinin 3,6 faizi müxtəlif səbəblərdən doğulduğu ölkədən və ya bölgədən kənara köçmək məcburiyyətində qalıb.

86,7-si Türkiyə daxil olmaqla Avropa qitəsinə, 85,6-sı Asiya qitəsinə, 58,7-si Şimali Amerikaya, 25,4-ü Afrika qitəsinə, 14,8-i Latın Amerikası və Karib hövzəsi regionuna, 14,8-i Avstraliya daxil olmaqla, Okean regionuna 9,4 milyon nəfər mühacirət edib.

108,4 milyon insan məcburi köçkün vəziyyətinə düşüb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 14 iyun tarixində paylaşdığı hesabatda 2022-ci ildə təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ya həyat tərzini ciddi şəkildə pozan hadisələr nəticəsində dünya üzrə 108,4 milyon insanın məcburi köçkün edildiyi bildirilib.

Hesabatda qlobal miqyasda məcburi köçkünlərin 35,3 milyonunun qaçqın, 62,5 milyonunun məcburi köçkün, 5,4 milyonunun sığınacaq axtaran, 5,2 milyonunun isə beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar olduğu bildirilib.

Orta gəlirli ölkələr qaçqınların qayğısına qalır

Dünyadakı qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər insanların yüzdə 76-nın aşağı və orta gəlirli ölkələrin yerləşdiyinə diqqət çəkən hesabatda, Türkiyənin təxminən 3,6 milyon qaçqına ev sahibliyi edən ölkə olduğu vurğulanıb.

Hesabatda vurğulanıb ki, dünyada beynəlxalq müdafiəyə ehtiyacı olan bütün qaçqın və insanların 52 faizi Suriya, Ukrayna və Əfqanıstan əsillidir.

Ötən ilin sonuna qədər qeydə alınan məlumatları paylaşan hesabatda, məsələn, Ukraynadan 5,7 milyon insanın qaçqın statusu aldığı müşahidə edilib. Ancaq eyni qurumun 6 iyun 2023-cü il tarixli məlumatlarına görə, bu rəqəmin 6,3 milyona yüksəlməsi 2023-cü ilin sonuna qədər həm qaçqınların, həm də mühacirlərin sayının artacağı anlamına gəlir.

Hesabat dünya əhalisinin 30 faizini təşkil edən uşaqların məcburi köçkünlərin 40 faizini təşkil etdiyinə diqqət çəkir.