Dünya Meteorologiya Təşkilatı (WMO) qlobal dəniz səthinin temperaturunun may, iyun və iyul aylarında rekord səviyyəyə çatdığını və bunun daha da artacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
WMO-nun verdiyi açıqlamada Atlantik Okeanının şimalında dəniz səthinin temperaturunda “görünməmiş artım” müşahidə edildiyi bildirilib.
May, iyun və iyul aylarında dəniz səthinin istiliyinin rekord həddə çatdığı, son aylarda yaşanan temperatur qeydlərinin isə El Nino hava şəraitinin təsiri ilə artacağı bildirilib.
Ümumdünya Müəssisəsinin İqlim Monitorinqinin rəhbəri Omar Baddour iyulun ilk həftəsinin “indiyə qədər qeydə alınmış ən isti həftə” hesab edilə biləcəyini söyləyib.
Atlantik Okeanının şimalında gündəlik temperaturun iyun ayında norma ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığını qeyd edən Baddour, Antarktidada dəniz buzunun səviyyəsinin keçən ay ən aşağı səviyyəsini gördüyünü bildirib.
Baddur qeyd edib ki, insan tələfatı və miqrasiyaya səbəb olacaq leysan yağışlar həm də ekstremal hava və iqlim hadisələrini göstərə bilər.
El Nino şərtlərinin 2023-cü ildən sonra ən isti ilin olacağını proqnozlaşdırdığını ifadə edən Baddour, gözləntilərə uyğun olaraq 2024-cü ildə də temperatur rekordu qırmağın mümkün olduğunu söyləyib.






