Dünyada hepatitdən əziyyət çəkən insanların sayı açıqlanıbbackend

Dünyada hepatitdən əziyyət çəkən insanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada hepatitdən əziyyət çəkən insanların sayı açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, dünyada hepatitdən əziyyət çəkən 325 milyon insan var.

Hepatitin sirroz və xərçəng mərhələsinə çatmadan bəzən özünü büruzə vermədiyi, səssiz, məkrli bir xəstəlik olduğu vurğulanıb.

Qeydd edilib ki, dünyada hepatit xəstələrinin sağalmasında, müalicədə ciddi irəliləyişlər əldə olunub.

Bildirilib ki, peyvəndləmə sayəsində hepatit A və hepatit B-nin qarşısını almaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı eliminasiya proqramının məqsədi 2030-cu ilə qədər hepatit xəstələrinin 90 faizinin diaqnozunun qoyulması, 80 faizinin müalicə imkanının təmin edilməsi və xəstəliklə bağlı ölümlərin yüzdə 65-nin qarşısının alınmasıdır.

Ancaq ümumilikdə indiki məlumatlara baxdığımızda 18 yaşdan yuxarı hər 3 nəfərdən 1-i hepatit B virusu ilə qarşılaşır. Təbii ki, bölgələr arasında ciddi fərqlər var. Araşdırmalarda fərqli nisbətlər olsa da. hepatit C baxımından müsbətlik nisbəti 1000-də 5-dir.