Bütün dünyada eyni vaxtda baş verən isti dalğaları bəzi ölkələrdə temperatur rekordlarını qırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
May, iyun və iyul aylarında dəniz səthinin temperaturu rekord həddə çatıb, temperatur isə 1980-ci ildən bəri 6 dəfə artıb.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) son vaxtlar xüsusilə şimal yarımkürəsində və bütün dünyada təsirli olan həddindən artıq istilər barədə xəbərdarlıq edir.
ABŞ-ın cənubunda, Şimali Amerikada, Asiyanın bəzi hissələrində, Şimali Afrikada və Aralıq dənizində, eləcə də Avropa qitəsində təsirli olan temperaturlar bu həftə uzun müddətdir 40 dərəcədən yuxarı olub və eyni vaxtda isti dalğası baş verib.
Dünyada 1980-ci ildən bəri 6 dəfə artan temperaturların həyəcan verici olduğuna diqqət çəkən WMO, may, iyun və iyul aylarında dəniz səthinin temperaturlarının rekord səviyyəyə çatdığını, isti dalğası səbəbiylə bəzi ölkələrdə milli temperatur rekordlarının qırıldığını və qırılmaya davam edəcəyini bildirib.
Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti də qlobal temperaturun artması ilə bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, iyun dünyanın ən isti ayı olub. Qlobal hava istiliyi də iyun ayında ilk dəfə sənayedən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələyib.
Bundan əlavə, Antarktida dəniz buzları orta səviyyədən 17 faiz aşağı ən aşağı səviyyəyə çatıb. Keçən iyun ayında Antarktida dəniz buzunun gündəlik miqdarı “görünməmiş” minimum səviyyədə qalıb.
Avropa, ən sürətli istiləşən qitədir
Ümumdünya Mühafizə Təşkilatı və Kopernikin birgə hesabatında, həmçinin 1980-ci illərdən bu yana qitədə temperaturun artması qlobal orta göstəricini iki dəfə artıraraq Avropanın yer üzündə ən sürətlə istiləşən qitə olduğunu ortaya çıxarıb.
Məlumata görə, Avropada hər 10 ildən bir havanın temperaturu 0,5 dərəcə yüksəlib. Bu, 1980-ci illərdən bəri qlobal orta göstəricidən iki dəfə yüksək olaraq qeydə alınıb.