Dünyada qlobal işsizlik 33 milyon artıbbackend

Dünyada qlobal işsizlik 33 milyon artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə qlobal iş yerlərində çatışmazlıq 473 milyon və ya koronavirus pandemiyasından əvvəl, 2019-cu ildəkindən 33 milyon çox olub.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.

Qeyd olunur ki, məlumatlar həm rəsmi işsiz, həm də iş istəyən, lakin müxtəlif səbəblərdən işlə təmin oluna bilməyənləri əhatə edən yeni göstərici ilə verilir.

Hesabata əsasən, bu göstərici daha 3 milyon nəfər arta bilər, qlobal iqtisadi tənəzzül səbəbindən məşğulluq artımı isə 2022-ci ildəki 2%-dən 2023-cü ildə 1%-ə kimi yarıya enə bilər.