Dünyada uşaqların ən çox olduğu ölkə məlum olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünya əhalisi 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatıb.
Birləşmiş Millətlər Təşkilatının əhali təxminlərinə görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin, ikinci yerdə 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan və 338 milyon 289 min 857 nəfərlə ABŞ gəlir.
Bu üç ölkə dünya əhalisinin 39,9 faizini təşkil edib.
Uşaq əhalisinin ən çox olduğu ölkə Mərkəzi Afrika Respublikası olub.Dünyada uşaq əhalisinin orta göstəricisi 2022-ci ildə 30,0 faiz təşkil edib.






