Şri-Lankanın paytaxtı Kolomboda bir xəstədən dünyanın ən böyük və ən ağır böyrək daşı götürülüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şri-Lankada 62 yaşlı istefada olan əsgər Canistus Coonghe qarın ağrısı səbəbindən Kolombo Hərbi Xəstəxanasına gedib.
Böyrəyində daş aşkarlanan Coonghe iyunun 1-də əməliyyat olunub.
Əməliyyatda həkimlər Coonghenin böyrəyindən uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qram olan daş çıxarıblar.
Böyrək daşları “dünyanın ən böyük” və “dünyanın ən ağır böyrək daşı” olmaqla iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil olub.
Əvvəllər “dünyanın ən böyük” böyrək daşı rekordu 2008-ci ildə Pakistanda bir xəstədən 620 qramlıq böyrək daşının götürülməsi ilə, “dünyanın ən ağır böyrək daşı” rekordu isə 2004-cü ildə 13 santimetrlik böyrək daşının götürülməsi ilə qırılmışdı.






