Düşmən son 4 gündə verdiyi itkilərin sayını açıqlayıbbackend

Düşmən son 4 gündə verdiyi itkilərin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan müdafiə nazirliyi son 4 gündə döyüşdə ölən hərbçilərinin sayı barədə rəsmi açıqlama vermir”.

Bu barədə “Qraparak” qəzeti araşdırma aparıb. Qəzetin yazdığına görə, 4 günlük sükutdan sonra Ermənistanın müdafiə nazirliyi son 4 gündə döyüşdə 11 hərbçisinin öldüyü barədə məlumat yayıb.

Qəzet göstərilən saya şübhə ilə yanaşaraq belə bir sualla nazirliyə müraciət edib: “Son 4 gündə döyüşdə erməni tərəfi itki vermədimi? Ölənlərin sayı niyə açıqlanmır?”.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan isə bildirib ki, meyitlərin tanınması prosesi getdiyi üçün ölənlərin sayı açıqlanmır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sentyabrın 27-dən sonra başlayan döyüşlərdə Ermənistan tərəfi 6 mindən çox itki verib. Oktyabrın 30-da rəsmi mənbələr isə bu rəqəmin 1 119 olduğunu açıqlamışdı.

 

İnterpress.az