DYP Biləcəri bələdiyyəsini 300 manat cərimələdibackend

DYP Biləcəri bələdiyyəsini 300 manat cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Yol Polisi (DYP) Binəqədi Rayon Biləcəri bələdiyəsi barəsində inzibati qaydada protokol tərtib edib. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, Binəqədi Rayon Biləcəri Bələdiyəsi 300 manat məbləğində cərimə edib.

Bələdiyyə qərardan apellyasiya şikayəti verib.