Ədliyyə Nazirliyinin Salyan rayon icra və probasiya şöbəsinin rəisi Şirin Bayramov vəzifəsindən azad edilib.
Bu barədə İnterpress.az özəl məlumat əldə edib.
O, nazirliyin Şirvan regional ədliyyə idarəsinə rəis müavini təyin edilib.
Ədliyyə Nazirliyinin Salyan icra və probasiya şöbəsinin rəisi vəzifəsinə isə Sabirabad rayon icra və probasiya şöbəsinin rəisi Şükür Orucov təyin edilib.