Efiopiyada daşqınlar nəticəsində 45 nəfər ölübbackend

Efiopiyada daşqınlar nəticəsində 45 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Efiopiyada mayın 12-dən bu yana yağan güclü yağışlar nəticəsində 45 nəfərin daşqınlarda həyatını itirdiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin Humanitar İşlərin Koordinasiya Ofisindən bildirilib ki, Efiopiyada daşqınlar çox sayda insanın ölümünə və maddi itkiyə səbəb olub.

Somali bölgəsində daşqınlar nəticəsində 45 nəfər həyatını itirib.

Güclü yağışların yaratdığı dağıntılar səbəbindən 35 min insan evlərini tərk etmək məcburiyyətində qalarkən, 99 min hektar kənd təsərrüfatı sahəsinə də ziyan dəyib.

Daşqınlar səbəbindən bölgədə vəba kimi epidemiyaların arta biləcəyi xəbərdarlığı edilib.

Efiopiya hökuməti və humanitar təşkilatlar təbii fəlakətdən zərər çəkmiş bölgələrə humanitar yardım göstərsələr də, yardım yetərli olmayıb.