Əfqanıstanın 3 vilayətində son 2 gündə baş verən sel fəlakəti nəticəsində 4 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, güclü yağışlar ölkənin Nanqarhar, Paktiya və Xost əyalətlərində daşqınlara səbəb olub.
Sel nəticəsində həmçinin, 3 nəfərin də yaralandığını bildirilib.
Belə ki, daşqınlarda 60 ev dağılıb, 350 heyvan tələf olub.
Digər tərəfdən, Fəlakətlərin İdarə Olunması Nazirliyindən verilən açıqlamada leysan yağışlar səbəbindən ölkənin 14 vilayətində daşqınların baş verə biləcəyi xəbərdarlığı edilib.