Ekologiyaya zərər vuran şirkət: Azərsun kanalizasiya suyunu Masazır gölünə axıdırbackend

Ekologiyaya zərər vuran şirkət: Azərsun kanalizasiya suyunu Masazır gölünə axıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərsun kanalizasiya suyunu Masazır gölünə axıdaraq duz (Azərduz) istehsalına davam edir. ETSN və digər qurumlar məlumatı təsdiq edir amma istehsal davam edir”.
Sfera.az xəbər verir ki bunu ətraf mühitin mühafizəsi ilə məşğul olan “Ecofront” təşkilatından Cavid Qara deyib.
Onun sözlərinə görə, Azərsun kanalizasiya suyu ilə çirklənən gölün suyunu, təbii duzlu göl olan Masazır gölünə axıdaraq gölün hidroloji rejimini alt-üst edir.
“AzərSun bizimlə gizlənqaç oynayır. Biz Binəqədi gölün bəndini bərpa edirik, bunlar gəlib bəndi dağıdır. Bu hal artıq 3-cü dəfədir baş verir. Bəndi dağıdıblar. Duz çıxartmaq üçün müəssisəyə gölün səviyyəsini qaldırmaq lazım olan kimi gəlib bəndi dağıdırlar. Bu gölə bütün ətrafından kanalziasiya suları axır. Ayrılan vəsaitləri yeyib talayıblar indi yadlarına düşüb (yadlarına salmışıq) ki, gölə kanalizasiya axır. Bunu məqsədli şəkildə edirlər. Hələ də Azərduzun istehsalı davam edir”.
Təşkilatın sözçüsü bildirb ki, bu biabırçılığa az bir zaman kəsiyində son qoyulmasa etiraz aksiyalarına başlayacaqlar və bununla bağlı tələblərini irəli sürüblər:
1. Masazır gölünə kanalizasiya sularınına axıdılmasının qarşısı alınsın
2. Məsələ həll edilənə kimi və gölün suyunun duz istehsalı üçün təhlükəsiz olması ilə bağlı ekspert rəyləri alınana kimi göldə duz istehsalı dayandırılsın.