Dövlət Duması ekstremist materialların axtarışına və VPN xidmətlərinin reklamına görə cərimələr haqqında qanun qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dövlət Duması İnternetdə ekstremist materialların qəsdən axtarılması və onlara baxılması, o cümlədən VPN vasitəsilə onlara daxil olmaq üçün 5000 rubla (təxm. 110 man.) qədər cərimələri təsdiqləyib.
VPN xidmətlərinin reklamına görə 500.000 rubla (təxm. 10 850 man.) qədər cərimələr haqqında ayrıca qanun qəbul edilib.
“Dövlət Duması ekstremist materialların axtarışına görə cərimələr haqqında qanunun işinə nəzarət edəcək və qaydalara düzəliş etmək lazım gələrsə, məsələyə qayıdacaq”, – Volodin deyib.
Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Şadayev bildirib ki, istifadəçi sorğularının axtarış sistemləri tərəfindən hüquq-mühafizə orqanlarına ötürülməsi nəzərdə tutulmur.
Xuraman Etibarlı
İnterpress.az