Ekvador parlamenti prezident Lassonun vəzifədən kənarlaşdırılmasını tələb etmək üçün toplanacaqbackend

Ekvador parlamenti prezident Lassonun vəzifədən kənarlaşdırılmasını tələb etmək üçün toplanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda Milli Assambleya prezident Gilermo Lassonun impiçmenti tələbi ilə sessiya keçirəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

92 səs əldə olunarsa, konstitusiyaya uyğun olaraq, müxalifətin Lassonun korrupsiya ittihamları ilə bağlı etimadsızlıq sualı verəcəyi iclasda prezident vəzifəsindən uzaqlaşdırılacaq.

Dövlət neft şirkəti ilə tanker şirkəti arasında bağlanmış müqaviləni mənimsəməkdə ittiham olunan Lasso parlament tribunasından bu iddialara cavab verəcək.

Polisin parlamentin ətrafında sıx təhlükəsizlik tədbirləri gördüyü və Lassonu dəstəkləyənlərlə etiraz edənlər arasında təhlükəsizlik səddi yaratdığı açıqlanıb.

Konstitusiya Məhkəməsi korrupsiyada ittiham olunan Lasso üçün 2023-cü il martın 30-da parlamentdə impiçment araşdırmasının aparıla biləcəyinə qərar verib.

Qeyd edək ki, Lassoya 2022-ci ilin iyununda korrupsiya ittihamı ilə parlamentdə etimadsızlıq sualı verildi, lakin 92 səs toplaya bilmədiyi üçün işdən çıxarılması tələbi rədd edilib.

Prezident Lasso mümkün impiçment halında mühakimə olunmaqdansa, parlamenti buraxmaq və ölkəni növbədənkənar seçkilərə aparmaq səlahiyyətinə malikdir.

Bir müddətdir Lasso və onun ailə üzvlərinə qarşı çoxsaylı korrupsiya ittihamları irəli sürən müxalifət prezidentin vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.