Ekvadorda daşqınlardan 15 min insan zərər çəkibbackend

Ekvadorda daşqınlardan 15 min insan zərər çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda leysan yağışların səbəb olduğu daşqınlardan 15 min insanın zərər çəkdiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin şimal-qərbindəki Esmeral şəhərində leysan yağışlar daşqınlara səbəb olub.

Prezident Rabitə Baş Katibliyindən verilən açıqlamada 15 min ailənin daşqınlardan zərər çəkdiyi, 842 nəfərin müvəqqəti sığınacaqlara aparıldığı, 1467 nəfərin isə mülki müdafiə qrupları tərəfindən xilas edildiyi bildirilib.

Açıqlamada leysan yağışlar səbəbindən indiyədək 2 min 895 evin zərər gördüyü, 12 saat ərzində 1 aylıq yağıntının düşdüyü qeyd edilib.

Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi, bəzi rayonlarda elektrik və içməli su xidmətlərinin göstərilə bilmədiyi bildirilib.

Sosial mediada əks olunan görüntülərdə məhəllə və küçələrin su altında qaldığı görünür.