Ekvadorda həbsxanada 4 məhbus ölü tapılıbbackend

Ekvadorda həbsxanada 4 məhbus ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi olan Ekvadorda həbsxanada 4 məhbus ölü tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Manabi şəhərindəki El Rodeo həbsxanasında bəzi məhbusların cəsədləri tapılıb.

Araşdırmalardan sonra 4 məhbusun öldürüldüyü açıqlanıb.

Öldürülən şəxslərin bir müddət əvvəl saxlanılaraq terror ittihamı ilə mühakimə olunduğu bildirilib.

Faktla bağlı Baş Prokurorluq (BDYP) araşdırmalara başlayıb.

2021-ci ilin fevralından Ekvadorda narkotik qrupları arasında gedən müharibədə həbsxanalardakı qarşıdurmalar da daxil olmaqla 430-dan çox insan həlak olub.