backend

Ekvadorda restorana silahlı hücum nəticəsində 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi olan Ekvadorda restorana silahlı hücum nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Silahlı şəxslər ölkənin cənub-qərbindəki Santa Elena şəhərində restoranı hədəfə alıblar.

Təsadüfi atəş açan hücumçular 6 nəfəri öldürüb, 6 nəfəri yaralayıb.

Bölgəyə çoxlu sayda polis qruplarının göndərildiyi və yaralıların xəstəxanaya aparıldığı bildirilib.

Sosial mediada əks olunan görüntülərdə çoxlu adamın yerdə uzandığı görünür.

Silahlı hücumun dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş vermə ehtimalına diqqət yetirilir.

Məlumdur ki, ölkədə narkotik dəstələri zaman-zaman bir-birindən üstün olmaq və üstünlük təşkil etmək üçün toqquşurlar.