Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 65-ə çatıbbackend

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 65-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda martın 27-də baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayının 65-ə çatdığını açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ekvador Milli Risk İdarəetmə Katibliyindən verilən açıqlamada Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən sürüşmədə yeni cəsədlərin aşkar edildiyi bildirilib.

Axtarış işləri hələ davam edəcək.

Sürüşmə nəticəsində 163 evin dağıldığı, 60 evin tamamilə dağıldığı, 56 nəfərin həyatını itirdiyi açıqlanıb. Bu müddət ərzində onlarla ailənin evsiz qaldığı görüntülərdə öz əksini tapıb.

Yerli mətbuatda yayılan xəbərlərdə bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da sürüşməyə səbəb olduğu iddia edilib.