Elbrusu fəth edən İtalyan jurnalistdə Putinə MÜRACİƏT: Rusiya vətəndaşlığı İSTƏDİbackend

Elbrusu fəth edən İtalyan jurnalistdə Putinə MÜRACİƏT: Rusiya vətəndaşlığı İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elbrus zirvəsinə qalxan italyan jurnalist Velimir Tomoviç Rusiya vətəndaşlığı istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə “NEWS.ru” portalı məlumat yayıb.

Müstəqil avropalı jurnalist, italyan mənşəli Velimir Tomoviç Rusiya və Avropanın ən yüksək dağ zirvəsi olan Elbrusu fəth etdikdən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edərək ölkə vətəndaşlığı istəyib.

O, 5 642 metr hündürlükdə yerləşən zirvədə Rusiya və İtaliya bayraqlarını dalğalandırıb. Jurnalist bu mühüm dırmanışı iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə həsr etdiyini bəyan edib.

Sosial şəbəkə hesabında birbaşa Rusiya liderinə müraciət edən Tomoviç yazıb:

“Mən Rusiyanın zəngin mədəniyyətinə və burada yaşayan insanlara böyük hörmət bəsləyirəm, Ümumdünya Gənclər Festivalı sayəsində burada çoxlu dostlar qazanmışam. Məhz buna görə də, Avropanın “damından” – 5 642 metr ucalıqdan Sizdən mənə Rusiya vətəndaşlığı verməklə şərəfləndirmənizi və bu böyük ölkənin layiqli vətəndaşı olmağa köməklik göstərmənizi xahiş edirəm”.

Rəsmi dairələr onun bu qeyri-adi müraciətini yüksək qiymətləndirib və yaxın vaxtlarda vətəndaşlıq məsələsinə qanunvericilik çərçivəsində baxılacağını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az