Əlcəzairdə temperaturun artması ilə əlaqədar həyəcan siqnalı qırmızıya qaldırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkədə yüksək istilik dalğasının davam etdiyi və bəzi şəhərlərdə temperaturun 48 dərəcəni keçdiyi bildirilir.
Həyəcan səviyyəsinin narıncıdan qırmızıya yüksəldildiyinə diqqət çəkən açıqlamada bu vəziyyətin hər ilin iyul ayında adi temperaturlarla müqayisədə “çox yüksək temperaturlarla xarakterizə olunan ağır hava şəraiti” ilə əlaqəli olduğu vurğulanıb.
Əlcəzair Meteorologiya İdarəsinin təsnifatlarına görə, narıncı rəng “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənilən olduğunu, qırmızı rəng isə müstəsna dərəcədə ağır “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini bildirir.
Şənbə günü sahilyanı ərazilər də daxil olmaqla ölkə daxilində temperaturun kölgədə 48 dərəcəyə çatacağı elan edildikdən sonra sözügedən qurum tərəfindən narıncı xəbərdarlıq edilib.
Əlcəzair Mülki Müdafiə Rəyasət Heyəti də dünən hava istilərinə görə ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, hava və qurudan söndürmə işlərinin davam etdiyini açıqlayıb.
Əlcəzair səlahiyyətliləri həftələrdir davam edən isti dalğasının meşə yanğınlarına səbəb ola biləcəyi ərəfəsində yüksək həyəcan vəziyyətinin işə salındığını bildirib.
Təxminən bir aya yaxındır ki, Əlcəzairdə paytaxtda 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcə rekord temperatur müşahidə edilir.






