Elektrik məntəqəsində paltarını dəyişən süpürgəçi öldübackend

Elektrik məntəqəsində paltarını dəyişən süpürgəçi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, rayon sakini Kitabə Quliyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Lənkəran rayon prokurorluğunda verilən məlumata görə, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub. Orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.