Əli Əhmədov: “DİM üzrə qarşımızda əsas prioritet işğaldan azad olunmuş ərazilərin bərpa edilməsidir”backend

Əli Əhmədov: “DİM üzrə qarşımızda əsas prioritet işğaldan azad olunmuş ərazilərin bərpa edilməsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Azərbaycan hökuməti qarşısında əsas prioritet işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa edilməsidir.

İnterpress.az xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda bildirib.

“Azərbaycan BMT-nin üzvü kimi insanların rifahına yönəldilmiş bütün təşəbbüslərdə yaxından iştirak edir. DİM-ə hökümət səviyyəsində çox ciddi yanaşır”, – deyə o qeyd edib.