Elvis Preslinin yeganə qızı vəfat edibbackend

Elvis Preslinin yeganə qızı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı müğənni, Elvis Preslinin yeganə qızı Liza Mari Presli 54 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “People” jurnalı müğənninin anası Prisilla Preslinin açıqlamasına istinadən məlumat yayıb.

“Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşməliyəm”, – müğənninin anası jurnala bildirib.

Daha əvvəl “TMZ” portalı mənbələrə istinadən xəbər veribi ki, ürəyi tam dayandıqdan sonra müğənni süni komaya düşüb.