Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Roma Papası Fransisk qarnındakı kəsik nəticəsində əmələ gələn yırtıq səbəbiylə iyunun 7-də əməliyyatdan sonra evə buraxılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Roma Papası 2 il əvvəl etdiyi yoğun bağırsaq əməliyyatından sonra qarnında kəsik nəticəsində əmələ gələn yırtıq səbəbiylə xəstəxanaya yerləşdirilib.
Bu gün səhər xəstəxanadan çıxan Papa həkim heyətinə təşəkkür edib.
Xəstəxanadan çıxandan sonra katoliklərin ruhani lideri təşəkkür duası üçün Santa Maria Maggiore kilsəsinə gedib.
Xatırladaq ki, 86 yaşlı Papa nəfəs darlığı şikayətləri ilə martın 29-da yenidən Gemelli xəstəxanasına aparılıb və aprelin 1-də tənəffüs yoluxucu infeksiyaya görə müalicə aldıqdan sonra evə buraxılıb.
2013-cü ildə Katolik Kilsəsinin 266-cı Papası seçilən Papa Fransisk dizindəki narahatlıq səbəbiylə bir müddətdir əlil arabasından istifadə edir.