Ənənəvi tədrisin yoluxma sayına GÖZLƏNİLƏN TƏSİRİ: “vAKSİN virusun yayılmasını önləmir”backend

Ənənəvi tədrisin yoluxma sayına GÖZLƏNİLƏN TƏSİRİ: “VAKSİN virusun yayılmasını önləmir”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Minlərlə tələbənin Bakıya gəlməsi virusun yayılmasını daha da sürətləndirəcək”.

İnterpress.az xəbər verir ki, bunu ümumi təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən etibarən ənənəvi qaydada başlamasına münasibət bildirən təhsil eksperti Adil Vəliyev deyib.

Ekspert hesab edir ki, dərslərin ənənəvi qaydada tədrisi koronavirusa yoluxma sayının artmasına birbaşa təsir edəcək:

“Əgər universitetlərdə dərslər ənənəvi formada davam etsə, xəstəliyin qarşısını almaq olmayacaq. Hətta yaranan vəziyyət qarşısında aciz qala bilərik. Minlərlə tələbənin Bakıya gəlməsi virusun yayılmasını daha da sürətləndirəcək. Düşünün ki, müxtəlif universitetlərdə təhsil alan bir neçə tələbə bir evdə qalacaq. Bu, virusun eyni anda bir neçə universitetdə, evdə və ailədə yayılması deməkdir. Hər iki dozanın vurulması sadəcə xəstəliyin yüngül keçirmənizə yardımçı olur, virusun yayılmasını önləmir. 2021-2022-ci tədris ilinin ilk semestrini onlayn davam etməliyik”.

Gülşən