Ər hamilə arvadını ata bağlayıb ölənəcən SÜRÜDÜ – FOTObackend

Ər hamilə arvadını ata bağlayıb ölənəcən SÜRÜDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda əri hamilə arvadını ata bağlayıb ölənəcən sürüyüb.

İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.

32 yaşlı Ayzatın bədənində bir dənə də olsun sağ yer yox idi: qapalı kəllə-beyin travması, kontuziya və beyin ödemi, kəllə əsasının sınığı, ətrafların və çanaq sümüklərinin çoxsaylı sınığı, biləklərinin dərisi ətinə qədər qopub.

Qızın anası bu şəkildən özünü o qədər pis hiss edib ki, huşunu itirib.

Qatil polisə arvadının selfi çəkdirərkən pəncərədən yıxıldığını deyərək hadisəni qəza kimi qələmə verməyə çalışıb. Lakin yalan tez üzə çıxıb və sadist həbs olunub.

Xuraman Etibarlı

İnterpress.az