“Ərdoğan Rusiyanı xilas etməyə çalışır” – Politoloqbackend

“Ərdoğan Rusiyanı xilas etməyə çalışır” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən sonra jurnalistlərlə söhbət zamanı bildirib ki, Rusiya sıradan bir dövlət deyil, qüdrətli dövlətdir. ABŞ başda olmaqla, Qərb məhdudiyyətsiz şəkildə Rusiyaya hücum edir. Rusiya isə bütün bu hücumlara müqavimət göstərir.

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada qalib ola bilməcəyi aydın olduqdan sonra Ərdoğan Putini və Rusiyanı xilas etməyə çalışır:

“Ərdoğan Putini və Rusiyanı xilas etməyə cəhd etdiyi kimi, son iki ayda İranda xalqların azadlıq və öz müqəddəratını təyin etmək üçün başlatdıqları mübarizəni dəstəkləməkdən, hətta münasibət bildirməkdən də yayınır. Qərb Putini və Rusiyanı Ukraynaya qarşı müharibəyə və bu səbəbdən dünya iqtisadiyyatına vurduğu zərərə görə məsuliyyətə cəlb etməkdə qərarlıdır. Belə bir vəziyyətdə Putini və Rusiyanı xilas etməyə cəhd edən Ərdoğanla birgə hərəkət təhlükəli olacaq. Putinin faşist rejiminin məhvi və Rusiyanın parçalanması, İranda xalqların azadlıq və öz müqəddəratını təyinetmə uğrunda teokratik rejimə qarşı mübarizəsinin qalib gəlməsi Dərbənddən Həmədana kimi geniş bir coğrafiyada parça-parça olmuş 60 milyonluq Azərbaycan xalqının həyati maraqlarının gerçəkləşməsinin təməl şərtidir.Türkiyənin bütövlüyünü və çağdaş dünyanın tərkib hissəsi olmaq imkanlarını saxlaması bizim üçün xalqımızın həyati maraqlarının gerçəkləşməsi qədər önəmlidir. Bu vəzifənin öhdəsindən gəlmək üçün bundan sonra Türkiyə müxalifəti ilə birgə hərəkət etməliyik”.