Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkəyə humanitar yardımları ilə məşhurlaşan azərbaycanlı Sərvərlə görüşüb.
İnterpress.az xəbər verir ki, Ərdoğan Türkiyəyə səfər etmiş Sərvərlə ayaqüstü söhbət edib
Qeyd edək ki, Sərvər fevralın 6-da Türkiyədə baş vermiş zəlzələlərdən sonra qardaş ölkəyə humanitar yardımlarla bağlı Azərbaycanda başladılan kampaniya ilə tanınır.
O, özünün təmirə ehtiyacı olan köhnə avtomobili vasitəsi ilə yorğan-döşək və digər zəruri yardımları aparıb. Onun bu görüntüləri sosial şəbəkələrdə trendə çevrilib.
Sərvərin üzərində yorğan-döşəklər olan avtomobilinin fotosu paytaxtın küçələrində hərəkət etməsinin görüntüləri hər kəsin marağına səbəb olub.
Sözügedən şəkil bir çox yerli və xarici media səhifələrinin, eləcə də qəzet və jurnalların manşetlərinə çevrilib.
Sonradan Sərvərə bahalı avtomobil hədiyyə olunub.






